Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul etmişdir

16 noyabr 2013 | 16:00

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 15-də Şəkidə növbəti vətəndaş qəbulunu keçirmişdir.
Qəbulda Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşlar iştirak etmişlər.
Komitənin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə Komitənin digər fəaliyyət sahələrinə aid məsələlərlə bağlı müraciətlərinə baxılmışdır.
Komitə sədri vətəndaşları narahat edən məsələləri diqqətlə dinləmiş, bu müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirmişdir. Qəbul zamanı araşdırma tələb olunan müraciətlər qeydiyyata götürülmüşdür. Belə müraciətlər tam araşdırıldıqdan sonra vətəndaşlara bu barədə məlumat veriləcəkdir

Keçidlər