Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə kinorejissor Rasim Ocaqovun 80 illik yubileyi qeyd ediləcəkdir

19 noyabr 2013 | 16:00

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun anadan olmasının 80 illiyi münasibətilə noyabrın 23-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində yubiley tədbiri keçiriləcəkdir.
Tədbirdə sənətkarın ailə üzvləri, sənət dostları, respublikanın tanınmış incəsənət xadimləri, aktyorlar, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Əsaslı təmin olunan və yenidən qurulan Şəki Dövlət Dram Teatrında keçiriləcək yubiley tədbirinin iştirakçıları əvvəlcə teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər. Daha sonra yubiley tədbiri bədii proqramla davam etdiriləcəkdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2013-cü il avqustun 6-da Sərəncam imzalamışdır.

Keçidlər