Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

22 noyabr 2013 | 16:00

Noyabrın 21-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
                 YAP Şəki təşkilatının fəalları əvvəlcə ümummilli liderimizin Mərkəzin qarşısında qoyulmuş büstü önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, Mərkəzin zalında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxmışlar.
Tədbiri YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, iqtidar partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. Təşkilat sədri ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının çox uğurlu və şərəfli yol keçdiyini, həyatımıza siyasi davranış və mədəniyyət nümunəsi gətirdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən nümayəndələrin iştirakı ilə partiyanın təsis konfransı keçirilmiş, Heydər Əliyev YAP-ın sədri seçilmişdir. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında çox qüdrətli bir təşkilat daxil olmuşdur.
Tədbirdə YAP Şəki təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, təşkilat sədrinin müavini Vüqar İskəndərov və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmişlər. Vurğulanmışdır ki, YAP-ın qüdrətinin, nüfuzunun, sıralarının gündən-günə artmasının əsas səbəblərindən biri də bu siyasi birliyə ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsidir.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər