Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki voleybolçularının uğuru

23 noyabr 2013 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasınn birgə təşkilatçılığı ilə keçirilən voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsi başa çatmışdır. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Saatlı, Kürdəmir, Şəki və Qubadlıdan olan voleybolçular mübarizə aparmışdır.
Çempionatda kişilərdən ibarət “Şəki” voleybol komandası yüksək nəticə qazanmışdır. Belə ki, finala yüksələn komanda  Bakının “Neftçi” komandasına məğlub olaraq gümüş medallar qazanmışdır. Yüksək liqada ikinci yer qazanmış komandamız Avropa liqasına vəsiqə qazanmışdır.

Keçidlər