Şriftin ölçüsü :

Saytın rəngi :

Rasim Ocaqovun bütün filmlərində ən böyük dəyər insan idi

24 noyabr 2013 | 16:00

Rasim Ocaqovun altı filmində çəkilən bir aktyor kimi, bu gün mənim üçün də çox əziz bir gündür. Mən bu gün Şəki şəhərində, Rasim Ocaqovun Vətənindəyəm. Sözün tam mənasında məni kinoya Rasim Ocaqov gətirmişdir. Ona görə də bu gün görkəmli sənətkar haqqında danışmaq mənim üçün böyük şərəfdir.
Bu fikirləri Xalq Artisti Fəxrəddin Manafov Şəkidə kinorejissor Rasim Ocaqovun yubiley tədbirində jurnalistlərə müsahibəsində bildirmişdir.
Xalq Artisti demişdir: “Rasim Ocaqovun bütün filmlərində ən böyük dəyər insan idi. Yəni, insanlar arasında münasibət, ünsiyyət, təmas bu böyük sənətkarın bütün filmlərinin əsas süjet xəttini təşkil edirdi. Ona görə də bu gün insanlar onun əziz xatirəsini yad etmək üçün Şəkidə bir araya gəlmişlər”.

Keçidlər