Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki taxılçıları gələn ilin mövsümünə ciddi hazırlaşırlar

30 noyabr 2013 | 16:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam edir.
Bu il rayonda 75 min hektardan artıq sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Səpin kampaniyasına 160 ədəd şum traktoru, 128 taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilmişdir. İndiyədək 70 min hektara yaxın sahədə keyfiyyətli şum aparılmışdır. Havaların əlverişli keçməsi səpinin gedişinə müsbət təsir göstərir. Bu günədək 52 min hektar sahəyə toxum səpilmişdir. Səpin zamanı əsasən yüksək məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış “Qılçıqsız-1”, “Əzəmətli-95”, “Aran”, “Yuna”, “Krasnodar-99”, “Tərtər” toxum sortlarından istifadə olunur. Məhsul istehsalçıları səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.

Keçidlər