Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri ilə görüş olmuşdur

03 dekabr 2013 | 16:00

Şəki şəhərində Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, həmin gənclərin məzunları olduqları orta məktəblərin rəhbərləri və müəllimləri ilə görüş keçirilmişdir.
TQDK-nın Şəki Regional Bölməsinin əməkdaşları tərəfindən təşkil olunmuş görüşdə çıxış edənlər cəmiyyətdə təhsilin mühüm rolundan danışmış, müvafiq qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş gənclərin valideynlərini və müəllimlərini təbrik etmişlər.
Sonra valideynlərə və məktəblərə “Abituriyent” jurnalının qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərdən bəhs edən 11-ci nömrəsi, siniflər üzrə test kitabçaları və digər hədiyyələr təqdim olunmuşdur.

Keçidlər