Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Şəkidə vətəndaşları qəbul etmişdir

07 dekabr 2013 | 16:00

Dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  sədri Məleykə Abbaszadə Şəki Olimpiya İdman Kompleksində Şəki şəhərindən, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmiş, onların müraciət və təkliflərini dinləmişdir.
Müraciətlər əsasən dərsliklərin və testlərin hazırlanması, məzmunu, sınaq imtahanlarının sayının artırılması, orta ixtisas məktəblərinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsi, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Digər məsələlər, o cümlədən vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Keçidlər