Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu keçiriləcəkdir

10 dekabr 2013 | 16:00

Dekabrın 15-dən 20-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ənənəvi olaraq keçirilən bu yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.
Bu ilki yarışların keçirilməsi həm də onunla əlamətdardır ki, dekabrın əvvəllərində Bakıda öz işinə başlayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.
Yarışlarda respublikamızın 16 şəhər və rayonunu təmsil edən komandaların iştirakı gözlənilir. Oyunların qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim ediləcəkdir.

Keçidlər