Şəkidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar dekabrın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.
Şəhər rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır. Sonra Şəki şəhər İH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda məruzə etmişdir. Məruzədə dahi şəxsiyyət və müdrik rəhbər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz rolu və misilsiz xidmətlərindən bəhs edilmiş, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur. Bildirilmişdir ki, xalqımız ən kədərli günlərindən birini - ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünü qeyd edir. Ulu Öndərin xalqla bağlı ömrünün əbədiyyətə qovuşduğu anın onuncu ildönümü tamam olsa da, onun yoxluğu ilə heç cür barışmaq mümkün deyildir. Əslində, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.
Qeyd olunmuşdur ki, Heydər Əliyev itkisi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük, əvəzsiz itkidir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev elə bir zirvədir ki, xalqımız onun əzəmətini, böyülküyünü illər ötdükcə daha yaxından dərk edəcəkdir.
Tədbirdə digər çıxış edənlər bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağını, onun müqəddəs ruhunun xalqımızın yoluna daim gur işıq saçacağını xüsusi vurğulamışlar.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.