Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhər günü” çərçivəsində Şəkidə rəsm və çiçək sərgisi açılmışdır

24 sentyabr 2012 | 15:00

“Şəhər günü” bayram tədbirinin proqramına uyğun olaraq sentyabrın 23-də XVIII-XIX əsrə aid “Yuxarı Karvansaray” mehmanxana kompleksində rəsm və çiçək sərgisi açılmışdır.
Tədbirin keçirildiyi tarixi məkan al-əlvan güllərdən hazırlanmış müxtəlif kompozisiyalarla, rəsm əsərləri ilə bəzədilmişdir.
Bayram tədbirinin iştirakçıları, qonaqlar burada yaradılmış sərgilərə baxmış, Şəki şirniyyatı ilə bəzədilmiş çay süfrəsi ətrafında respublikamızın, eləcə də xarici ölkələrdən gəlmiş rəqs və folklor kollektivlərinin çıxışlarını izləmişlər. “Cəngi” Dövlət rəqs ansamblının, “Dəcəl qızlar” rəqs qrupunun şux və oynaq rəqsləri, Şəki Musiqi Kollecinin kamera ansamblının təqdim etdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Tədbirin sonunda Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsi adından Şəki Şəhər İcra Hakimiyyətinin şura üzvlərinə, habelə bayram tədbirində iştirak edən Milli Məclisin deputatlarına fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.
 

Keçidlər