Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni il şənliklərinə hazırlıq görülür

28 dekabr 2013 | 16:00

Şəkililər 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həvəslə hazırlaşırlar.
Yeni təqvim  ilinin gəlişi ilə əlaqədar Şəki şəhərinin park və meydanlarında hündür yolka (şam) ağacları qurulmuş, park və küçələr, ticarət və iaşə obyektlərinin vitrinləri bayramsayağı bəzədilmişdir. Şəhərin gecə işıqlandırılmasına xüsusi diqqət yetirilmiş, küçə və meydanlar, fərdi evlərin və ictimai binaların fasad və eyvanları, yol kənarlarındakı küknar ağacları rəngbərəng işıqlarla, bayram oyuncaqları ilə bəzədilmişdir.
Şəhərin mərkəzindəki meydanda qurulmuş Yeni il yolkasının ətrafı bu günlər tam qələbəlikdir. Uşaq və gənclər, şəhər sakinləri yolka ağacının qarşısında Yeni ilin atributları olan Şaxta baba və Qar qızla şəkillər çəkdirir, doyunca əylənirlər.
Dekabrın 27-də şəhərdəki qarışıq tipli internat məktəbində uşaqlar üçün Yeni il şənliyi təşkil edilmiş, burada təlim-tərbiyə alan uşaqlara bayram hədiyyələri paylanmışdır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə artıq şəhərin idarə, müəssisə və təşkilatlarında da bayram şənliklərinə start verilmişdir.
Dəkabr ayının 30-da Şəki Şəhər İcra Hakimiyyətinin təşklatçılığı ilə ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçiriləcəkdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə şəhər icra hakimiyyəti tərəfindən imkansız ailələrə bayram sovqatı veriləcəkdir.

Keçidlər