Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Məram bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokol imzalanmışdır.
24 sentyabr 2012 | 15:00
“Şəhər günü”nə həsr olunmuş bayram tədbirləri çərçivəsində sentyabrın 23-də “Şəki-Saray” otelində Şəki şəhəri ilə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsi arasında qardaşlıq münasibətlərinin yaranması münasibətilə mərasim keçirilmişdir. Qardaşlaşmaya dair sənədləri Şəki şəhər bələdiyyəsinin sədri Fikrət Cəfərov və Konya şəhərinin Meram bələdiyyəsinin başqanı Sərdar Kalaycı imzalamışlar. Sonra Şəki Şəhər İcra hakimiyyəti ilə Məram bələdiyyəsi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunmuşdur.