Şriftin ölçüsü :

Saytın rəngi :

Havaların quraq keçməsi taxıl sahələrində toxumun cücərməsini ləngidir

16 yanvar 2014 | 16:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 69 min 152 hektar sahədə payızlıq taxıl əkilmişdir. Taxıl əkinlərinin 38 min 841 hektarını buğda, 30 min 311 hektarını isə arpa sahələri təşkil edir.
Son günlər havaların quraq keçməsi fermerlərin heç də ürəyincə deyildir. Mütəxəssislərin bildirdiyinə görə, torpaqda yetərincə nəmliyin olmaması səbəbindən səpilmiş toxum cücərməsi ləngiyir. Bu da nəticə etibarı ilə məhsuldarlığa mənfi təsir göstərir.
Belə hallar rayonun əsasən dəmyə ərazilərində əkilmiş taxıl sahələrində müşahidə olunur. Yaxın günlərdə havaların yenidən yağmurlu keçməsi vəziyyəti dəyişə bilər. Əks halda, bu il taxıl sahələrində məhsuldarlığın nisbətən aşağı düşəcəyi ehtimalı vardır.

Keçidlər