Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə ucalanlar heç vaxt ölmürlər

17 yanvar 2014 | 16:00

Yanvarın 16-da Şəki şəhər 12 №-li tam orta məktəbdə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin  iyirmi dördüncü ildönümü münasibətilə « Tarixi bir gün-bir günün tarixi » ədəbi-bədii kompozisiya keçirilmişdir.
    Ümumtəhsil məktəblərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan xalqının  müstəqilliyi, suverenliyi, azadlığı, ərazi bütövlüyü  uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himninin sədaları altında üçrəngli bayrağımız səhnəyə gətirilmişdir.
    Tədbirdə çıxış edənlər 20 Yanvarı Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixinin şanlı səhifəsi, milli şərəf və ləyaqət məktəbi kimi səciyyələndirmiş, bu tarixin işğalçı Sovet imperiyasının məhvinə xitam verdiyini, bütövlükdə zülmə, əsarətə qarşı mübarizə rəmzinə çevrildiyini xatırlatmış, xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışlar. 
   Sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər