Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə maddi yardım edilmişdir

19 yanvar 2014 | 16:00

20 Yanvar faciəsinin  iyirmi dördüncü ildönümü ilə əlaqədar yanvarın 18-də Şəki Şəhər İcra Hakimiyyətində tədbir keçirilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilmişdir.
    Tədbirdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixində qanla yazılmış bir səhifə olduğunu, ancaq bu tarixin təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bir daha vurğulamışdır.
    Bildirilmişdir ki, bu, azadlığa, müstəqilliyə can atan xalqımız 1990-cı il yanvarın 20-də həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhid olmuşlar. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsi bu səbəbdəndir ki, hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir.
    Tədbirin sonunda şəhid ailələrinə şəhər icra hakimiyyətinin adından maddi yardım göstərilmişdir.

Keçidlər