Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin məşhur “Anadolu atəşi” rəqs ansamblı Şəki tamaşaçılarını valeh etmişdir

24 sentyabr 2012 | 15:00

“Şəhər günü” bayram tədbirinə Türkiyənin məşhur “Anadolu atəşi” rəqs ansamblının konserti ilə yekun vurulmuşdur. Həmin ansamblın çıxışı böyük maraq doğurmuşdur. Dünya şöhrətli kollektiv Azərbaycanın regionlarında ilk dəfədir ki, çıxış edirdi.
XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində keçirilən möhtəşəm konsert proqramında bayram tədbirinə dəvət almış qonaqlar, habelə minlərlə şəhər sakini iştirak etmişdir.
Kollektivin təqdim etdiyi qeyri-adi şou proqramı, yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru və dünya xalqlarının rəqslərindən nümunələr, teatrlaşdırılmış rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharəti, habelə səhnə tərtibatı, işıq effektləri şəkililəri heyran etmişdir. Ansamblın hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunmuşdur.
“Şəhər günü”nə həsr olunmuş bayram konserti atəşfəşanlıqla başa çatmışdır.

 

Keçidlər