Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Şəki şəhərində açıq dərslər keçirilir

07 fevral 2014 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərslərinin keçirilməsinə başlanılmışdır.
Dahi rəhbərin doğum gününədək davam edəcək bu dərslərdə Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki xidmətləri, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə yetişməkdə olan gənc nəslə ətraflı və dolğun məlumatlar çatdırılacaqdır.
Dərslərin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tədris prosesinə peşəkarlığı, elmi-nəzəri və metodiki hazırlığı ilə fərqlənən tarix müəllimləri cəlb edilmişdir. Bu dərslərdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunur, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilir, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılır.

Keçidlər