Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında yeni tamaşaya ictimai baxış olmuşdur

15 fevral 2014 | 16:00

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında ispan dramaturqu Xose Eçeqarayın “Mahir aradüzəldənlər” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir.
Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi bu səhnə əsərində əsas rolları əməkdar artistlər Qəmər Məmmədova, İqrar Salamaov, aktyorlar Rəhim Qocayev, Xanlar Həşimzadə, Akif Yusifov və başqaları ifa etmişlər.
Tamaşanın quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı İlqar Saatovdur.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ilk tamaşa müvəffəqiyyətlə başa çatmışdır.
Hazırda teatrın yaradıcı kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” əsəri üzərində məşqləri davam etdirir. Tamaşa martın ortalarında teatrsevərlərə təqdim olunacaqdır.

Keçidlər