Şəkidə güləş üzrə ölkə birinciliyinin zona yarışları keçirilmişdir
17 fevral 2014 | 16:00
Fevral ayının 15-16-da Şəki Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ölkə birinciliyinin zona yarışları keçirilmişdir.
Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda Şəki-Zaqatala bölgəsinin rayonları da daxil olmaqla, respublikamızın 9 şəhər və rayonundan 150-dək idmançı mübarizə aparmişdır. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qərib Əliyev olmuşdur. Hər çəki dərəcəsi üzrə qalib gələn güləşçilər ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanmışlar.
İki gün davam edən zona yarışının qalibləri federasiyanın diplom və hədiyyələri ilə mükafatlandırılmışlar.