Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi tibb işçiləri və əhali tərəfindən yüksək qiymətləndirilir

18 fevral 2014 | 16:00

Son illər respublikamızda əhalinin sağlamlığının qorunması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığına əsasən bu gün başlanan mühüm aksiyası da belə tədbirlərdəndir. Bu qəbildən olan ilk aksiya 2012-ci ilin dekabrında “Sağlam həyat uğrunda” devizi altında keçirilmişdi. O zaman respublikanın tanınmış klinikalarının, xəstəxanalarının yüksək ixtisaslı mütəxəssislərindən ibarət həkim briqadaları rayonlara ezam olunmuş, əhalini müayinə etmişdilər. Bu gün başlanan və daha geniş miqyasda keçirilən aksiya əhalinin sağlamlığının qorunmasına yeni töhfə verəcəkdir.
Bu sözləri Şəki Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Nağdalı Balaşov AzərTAc-a müsahibəsində demişdir.
Həkimin bildirdiyinə görə, istər tibb işçiləri, istərsə də sakinlər tərəfindən rəğbətlə qarşılanan və yüksək qiymətləndirilən bu tədbirin əsas məqsədi odur ki, əhali sağlam olsun, insanların ömrü uzansın. Xəstəliklər erkən müəyyən olunsun və vaxtında müalicə edilsin. Məhz buna görə də aksiyaya ölkə əhalisinin 18 yaşdan yuxarı təbəqəsi cəlb olunur. Müayinə zamanı xəstəlik aşkarlanmış şəxslərin müalicəsi daha sonra həkim və mütəxəssislər tərəfindən davam etdiriləcəkdir.

Keçidlər