Tibbi müayinələr sağlam həyata və sağlam gələcəyə xidmət edir
Prezident İlham Əliyevin tapşırıq və çağırışına əsasən ölkəmizdə əhalinin tibbi müayinəsinə başlanılmışdır. Çalışdığım Şəki rayon mərkəzi xəstəxanasının kollektivi də bu məsul aksiyaya çox ciddi hazırlaşmışdır. Xəstəxanamızda müayinələrin aparılması üçün kifayət qədər müasir tibbi avadanlıq vardır. Bu məsul aksiyanın uğurla başa çatdırılması üçün var qüvvəmizlə çalışacağıq.
Bu sözləri Şəki rayon mərkəzi xəstəxanasının laboratoriya şöbəsinin müdiri Tamara Həmidova AzərTAc-a müsahibəsində söyləmişdir.
Aksiyaya laboratoriyadan 8 həkim 14 laborantın cəlb olunduğunu bildirən Tamara Həmidova demişdir: “Kollektivimizin üzvləri bu işə bütün bilik bacarıqlarını sərf edəcəklər. Çünki xəstəliyin diaqnozunun müəyyənləşməsində laborator müayinələrin rolu böyükdür. Fürsətdən istifadə edərək bütün Şəki əhalisini bu müayinələrdən keçməyə çağırırıq. Hamı bilməlidir ki, bu, sağlam həyata və sağlam gələcəyə xidmət edir”.