Şəhərin “Pirimlər” məhəlləsində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 27-də şəhərin “Pirimlər” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında məhəllə ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri də iştirak etmişlər.
Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
Məhəllə nümayəndəsi Rəcəb Abdurahmanov, məhəllə sakinləri Almaz Cabbarova, Yaşar Mustafayev, Elşad Vahabov, Telman Nəsibov və başqaları çıxış edərək zəlzələ vaxtı evi qəzalı vəziyyətə düşdüyündən köməklik göstərilməsi, Gəray Əsədov küçəsinin təmirinin başa çatdırılması, yaşadıqları ünvanda sel sularının axıdılması üçün süötürücü arxların tikilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.