Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə olaraq magistratura pilləsinə imtahan Şəki şəhərində də təşkil olunmuşdur

03 mart 2014 | 16:00

Martın 2-də ilk dəfə olaraq Şəki şəhərində ali təhsil müəssisələrinin magistratura  pilləsinə qəbul imtahanı keçirmişdir. İmtahanda Şəki şəhərindən, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan bakalavrlar iştirak etmişdir. İmtahan şəhər  fizika-riyaziyyat və humanitar təmayüllü liseyin binasında  təşkil olunmuşdur. İmtahanda 7 imtahan rəhbəri və 48 nəzarətçi iştirak etmişdir. Şəki şəhərində imtahan verməsi nəzərdə tutulan 609 nəfərdən, 110 nəfəri imtahanda iştirak etməmişdir.
Qeyd edək ki, İmtahan ümumilikdə respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 24560 bakalavr ərizə təqdim edib.  Onlardan 21 874 nəfəri Azərbaycan bölməsi, 2 686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11 553 nəfəri oğlan, 13 007 nəfəri isə qızlardır. Bakalavrlardan 12 540 nəfəri cari ilin məzunları, 12 020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər isə xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür. İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb olunub. Bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.

Keçidlər