Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər

07 mart 2014 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin dərindən öyrənilməsi məqsədilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə açıq tarix dərslərinin tədrisi davam edir.
Martın 6-da keçirilən növbəti açıq dərsdə Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdləri iştirak etmişlər.
Şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Anar Mustafayev şagirdlərə “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusu ilə bağlı geniş məlumat vermişdir.
Tədris prosesində şagirdlər Ulu Öndərin Azərbaycanın bazar iqtisadiyyatına keçidini şərtləndirən fəaliyyəti, respublikamızda özəlləşdirmənin reallaşdırılması, dünya iqtisadiyyatına inteqrasiya, ölkəyə xarici investorların cəlb edilməsi, beynəlxalq iqtisadi layihələrdə iştirakın təmin olunması, makroiqtisadi sabitliyin yaradılması, sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbulu, milli neft strategiyasının əsasının qoyulması, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və digər məsələlər barədə dolğun məlumatlar əldə etmişlər.
Fevralın əvvəlindən başlanan açıq dərslərdə indiyədək rayonun 50 ümumtəhsil məktəbinin XI siniflərindən 1267 şagird iştirak etmişdir.

Keçidlər