Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının yaranmasından 21 il keçir

07 mart 2014 | 16:00

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə YAP Şəki rayon təşkilatının fəalları, ərazi ilk təşkilatlarının sədrləri, partiyanın gənc üzvləri iştirak etmişlər.
Təşkilatın sədri Həsən Həsənov tədbirdə çıxış edərək öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini bildirmiş, qazanılan uğurlarda partiyanın sədri, Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.
YAP Şəki rayon təşkilatı aparatının məsul əməkdaşı Kamil Məmmədov təşkilatın yaranma tarixi, keçdiyi yol, ötən 21 il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, təşkilat üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda partiya sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər