Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “İpəkçi” məhəlləsində səyyar qəbul

07 mart 2014 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 6-də şəhərin “İpəkçi ” məhəlləsinin sakinləri ilə görüşmüşdür.
      Görüş yığıncağında məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, şəhər icra nümayəndəliyi, əlaqədar müəssisə, idarə və təşkilatların rəhbələri də iştirak etmişlər.
     Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmiş, son illər  şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işləri sakinlərin hədsiz sevincinə səbəb olduğunu, onlarda doğma yurda bağlılıq hislərini artırdığını bildirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
    Məhəllə sakinləri Gülşən Qədirova, Seylan Salmanova, Osman Əliyev, Rahim Ağabalayev, Əliyar Rəhimov və digərləri çıxış edərək M.Ə.Rəsulzadə prospektində, Bağbanlar, L.Abdullayev, Yunuslar küçələrində yolların əsaslı təmiri, işıqlandırılması, təhlükəli ağacların budanması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər