Novruz bayramı ilə əlaqədar rayon ərazisində yerləşən hərbi hissələrdə zabit və əsgər heyəti ilə görüşlər keçirilmişdir
Novruz bayramı ilə əlaqədar Şəki şəhər Gənclər və İdman idarəsinin kollektivi rayon ərazisində yerləşən Sərhəd Qoşunlarının, Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrində olmuş, zabit və əsgərlərlə görüşmüş, onlara bayram sovqatı paylamış, Novruz arzularını çatdırmışlar.
Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmiş, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin etimadını doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini, Vətənə sədaqətlə xidmət edəcəklərini, üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklərini bildirmişlər.
Görüşlərdə rayonun mədəniyyət kollektivləri hərbçilər qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.