Şriftin ölçüsü :

Saytın rəngi :

Meri Mak Brayd: Azərbaycan musiqisi barədə kifayət qədər məlumat əldə etmişik

28 mart 2014 | 16:00

Azərbaycana səfərimiz ABŞ-ın bu ölkədəki səfirliyi və ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdur və maliyyələşdirilir. Əsas məqsəd ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələri daha da genişləndirməkdir. Azərbaycanın regionlarına səfərimiz çərçivəsində hazırda Şəkidəyik. Təəssüratlarımız çox yüksəkdir. Burada ABŞ səfirliyi tərəfindən təşkil olunan kiçik təqaüd proqramı (EAMP) çərçivəsində ingilis dilini öyrənən şagird və tələbələrlə görüşdük, onların suallarını cavablandırdıq. Suallar çox maraqlı idi. Həqiqətən də şəhər çox gözəldir, dadlı mətbəxiniz vardır, yaxşı zövq aldıq.
Bu sözləri ABŞ-ın “Meri Mak Brayd” musiqi qrupunun rəhbəri xanım Meri Mak Brayd Şəkidə təşkil olunan konsert zamanı jurnalistlərə müsahibəsində söyləmişdir.
İndiyədək 23 ölkədə konsert verdiklərini diqqətə çatdıran qrupun rəhbəri demişdir: “Buraya gəlməzdən əvvəl yalnız musiqiçi kimi deyil, həm də adi bir insan kimi ölkənizi tanımaq bizim üçün çox maraqlı idi. Ona görə də musiqiniz, mədəniyyətiniz barədə, həmçinin Azərbaycan cazı barədə məlumat əldə etdik. İndi bizdə Azərbaycan musiqisi barədə kifayət qədər məlumat vardır. Bilirik ki, Azərbaycan milli musiqisinin çox qədim tarixi kökləri vardır. Caz musiqisi də Azərbaycanda yaxşı inkişaf etmişdir”.

Keçidlər