Şriftin ölçüsü :

Saytın rəngi :

Milli təhlükəsizlik orqanları ölkəmizdə əmin-amanlığın və sabitliyin təminatçısıdır

29 mart 2014 | 16:00

Milli Təhlükəsizlik Nazirliyinin Şəki şəhər şöbəsində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Şöbənin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbər işçilərinin iştirak etdikləri tədbirdə MTN Şəki şəhər şöbəsinin rəisi Fərhad Məhərrəmov Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli yoldan danışmışdır. Şöbə rəisi təhlükəsizlik orqanlarının milliləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda milli təhlükəsizlik orqanlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlanmışdır.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov şöbənin əməkdaşlarını əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Şöbənin xidmətdə fərqlənmiş bir qrup əməkdaşı Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər