Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki sakinləri əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

03 aprel 2014 | 15:00

Bu gün ölkəmizdə insanların sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən çox mühüm tədbirlər həyata keçirilir. Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi də məhz belə tədbirlərdəndir. Bu müayinələrin insanların sağlamlığı üçün çox böyük əhəmiyyəti vardır. Bu gün mən də müayinə olunmaq üçün poliklinikaya gəlmişəm. Mənə qan təzyiqimin aşağı olduğunu bildirdilər, müalicə təyin etdilər. İşlədiyim kollektivin üzvləri də bu günlər müayinədən keçmişlər. Onların da bəzilərində indiyədək özlərinə bəlli olmayan müəyyən xəstəliklər aşkar edilmiş və müalicə təyin olunmuşdur. Şübhəsiz ki, bu aksiya hər bir insan üçün səhhətində yaranan problemlərin müəyyən olunması və narahatçılığın aradan qaldırılması üçün çox yaxşı fürsətdir.
Bu sözləri tibbi müayinədən keçən Şəki şəhər sakini Rafiq Rəsulov jurnalistlərə müsahibəsində demişdir.
R.Rəsulov insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə şəkililər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər