Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində sınaq imtahanları keçirilmişdir

08 aprel 2014 | 15:00

Aprelin 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün respublikanın 22 şəhər və rayonunda, o cümlədən Şəki şəhərində sınaq imtahanı keçirmişdir.
    Şəki şəhərində imtahanlar şəhər 8 və 20 №-li tam orta məktəblərin binalarında təşkil olunmuş, imtahan vermək üçün 1230 nəfər abituriyent qeydiyyatdan keçmişdir.
    Qeyd edək ki, ümumilikdə imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, İsmayıllı, Şirvan, Lənkəran və digər şəhər və rayonlarda 62 binada təşkil olunmuşdur. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 49 min 405 abituriyent qeydiyyatdan keçmişdir.
    Sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarında iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Keçidlər