Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Bankının nümayəndələri Şəki şəhərində olmuşlar

26 aprel 2014 | 15:00

Dünya Bankı tərəfindən həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın Regional İnkişaf Tədqiqatı” layihəsi çərçivəsində turizmin inkişafı üzrə regional inkişaf tədqiqatının ilkin nəticələrinin və tövsiyələrinin müzakirəsi məqsədilə Şəki şəhərinə səfər etmiş Dünya Bankının Davamlı İnkişaf üzrə Sektor və Tapşırıq Qrupunun rəhbəri Əhməd Eyveid və Turizm üzrə məsləhətçi Skot Ueyni 25 aprel 2014-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşlər.
    Görüş zamanı qonaqlar Şəki şəhərinin çox gözəl olduğunu, bura səfər etmələrindən məmnun olduqlarını bildirmiş və gəlişlərinin məqsədini açıqlamışlar. Onlar qeyd etmişlər ki, Dünya Bankının maliyyə dəstəyi ilə dünya mədəniyyətinin nadir incisi hesab edilən Şəki Xan Sarayı bərpa olunmuş, Qala divarları içərisində yerləşən Şəki sənətkarlar evi təmir edilmişdir. Yeni beşillik layihə isə Şamaxı-Zaqatala dəhlizi üzrə turizm imkanlarının araşdırılması və inkişafını əhatə edir. Dünya Bankının nümayəndələri hazırki məqsədlərinin yerlərlə tanış olmaq və yerli icra hakimiyyətləri tərəfindən göstərilə biləcək dəstəyin müəyyən olunmasından ibarət olduğunu bildirmişlər.
    Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki şəhərində, xüsusilə də şəhərin qoruq hissəsində, M.F.Axundzadə prospektində aparılan bərpa işləri barədə qonaqlara məlumat vermişdir. O bildirmişdir ki, Dünya Bankının həyata keçirdiyi layihələr şəhər icra hakimiyyətinin marağındadır və onların reallaşması üçün tərəfimizdən lazımi köməklik göstəriləcəkdir.
    Görüşdən sonra qonaqlar Qala divarları içərisində yerləşən abidələrlə tanış olmuşlar.
    Dünya Bankının nümayəndələri Şəkidə İpək muzeyinin yaradılması, İpək festivalının mütəmadi keçirilməsi, Kiş kəndində Alban Məbədinə gedən yolun bərpası və s. layihələrin icrasında maraqlı olduqlarını bildirmişlər.

Keçidlər