Türkiyə Respublikasının Diyanət İşləri Başkanının müavini Şəkidə olmuşdur
25 aprel 2014-cü il tarixdə Türkiyə Respublikasının Diyanət İşləri Başkanının müavini prof. dr. Mehmet Əmin Özavşar və onu müşayiət edən nümayəndə heyətininin üzvləri Şəki şəhərinə səfərləri çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşlər.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat vermişdir.
Qardaş ölkənin təmsilçiləri Azərbaycana, o cümlədən onu dilbər güşəsi olan Şəkiyə səfərə böyük önəm verdiklərini bildirdilmişlər.
Səmimi şəraitdə keçən görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Səfər çərçivəsində qonaqlar Şəki Mərkəzi Cümə məscidinə də baş çəkmişlər.