Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Kiber İdman Federasiyasının rəsmiləri Şəkidə olmuşlar

03 may 2014 | 15:00

Azərbaycanda səfərdə olan Beynəlxalq Kiber İdman Federasiyasının baş katibi Von Suk Ohun başçılıq etdiyi nümayəndə heyəti mayın 2-də Şəkidə olmuşdur. Cənubi Koreyadan gəlmiş qonaqları bu səfərdə Azərbaycan Kiber İdman Federasiyasının rəsmiləri müşayiət etmişlər. 
Şəki Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, tarixi-memarlıq abidələri və turizm potensialı barədə geniş məlumat verilmişdir.
Ölkəmizə səfərlərinin məqsədi barədə məlumat verən Beynəlxalq Kiber İdman Federasiyasının baş katibi Von Suk Oh 2014-cü ilin noyabrında Azərbaycanda Kompyüter oyunları üzrə VI dünya çempionatının keçirilməsinin nəzərdə tutulduğunu, bu səfərin çempionata hazırlıq işlərinin gedişi ilə yerində tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırmışdır.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilmişdir.
Səfər çərçivəsində Cənubi Koreyalı qonaqlar Şəkinin görməli yerlərini gəzmiş, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.

Keçidlər