Şəkidə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir
Mayın 7-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məruzə ilə çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, böyük siyasi xadim Heydər Əliyev dünyanın görkəmli şəxsiyyətləri içərisində xüsusi yeri olan, Azərbaycanı böyük xalqların, dövlətlərin cərgəsinə çıxaran müdrik dövlət xadimidir. O, ölkə həyatının bütün sahələrində quruculuğun, islahatların banisidir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirin sonunda Şəki şəhər 3 saylı musiqi məktəbinin şagird və müəllimləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.