Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün iştirakçıları Şəki şəhərində olmuşlar

10 may 2014 | 15:00

Mayın 9-da Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş “Tour d`Azerbaidjan-2014” beynəlxalq veloyürüşünün üçüncü mərhələsinin iştirakçıları Şəki şəhərində olmuşlar.
   Bu mərhələdə idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 180 km məsafə qət etmişlər.
   Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri, gənclər veloyürüş iştirakçılarını yüksək hərarətlə salamlamışlar. Veloyürüşün iştirakçıları Şəki şəhərində N.Nərimanov küçəsi - 20 Yanvar küçəsi - M.Ə.Rəsulzadə prospekti - Heydər Əliyev prospekti - Bağbanlar küçəsi - Heydər Əliyev prospekti - M.Ə.Rəsulzadə prospekti - Oğuz şossesi marşrutu üzrə hərəkət etmişlər.
    Üçüncü mərhələdə finiş xəttinə hamıdan əvvəl Cənubi Afrika Respublikasının nümayəndəsi, “Qxubeka” komandasının üzvü Yusef Reqiqi çatmışdır. İkinci yeri sloveniyalı Matey Muqerli (“Adria Mobil” komandası, Sloveniya), üçüncü yeri İsveçin “Şimano” komandasının danimarkalı təmsilçisi Kristian Yensen tutmuşdur.
     Xatırladaq ki, “Tour d`Azerbaidjan-2014” veloyürüşündə birincilik uğrunda dünyanın 22 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır. Onlardan 8-i – “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” Polşa komandaları pro-kontinental lisenziya almışlar. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir.

Keçidlər