Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndərin 91 illik yubileyi münasibətilə Gül bayramı keçirilmişdir

11 may 2014 | 15:00

Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 10-da Şəkidə Gül bayramı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı rəngbərəng güllərlə bəzədilmiş abidəsi önünə gül-çiçək düzmüş, dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildirmişlər.
Sonra bayram tədbiri şəhərin mərkəzindəki “Azadlıq” meydanında davam etdirilmişdir.
Şəhər ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edən icra hakimiyyətinin başçısı Elxan Usubov bütün ömrünü xalqının tərəqqisi və firavanlığına, Azərbaycanın inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmiş, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.
Tədbir iştirakçıları “Natiq Ritm” qrupu üzvlərinin hazırladıqları ritm kompozisiyasını izləmiş, şəhərdə fəaliyyət göstərən ali məktəb və kollec tələbələrinin Ulu Öndərə həsr etdikləri “flaşmob”a tamaşa etmiş, kitab sərgisinə baxmışlar.
         Bayram tədbirində xalq artisti Bilal Əliyevin Şəki Musiqi Kollecinin xor kollektivinin müşayəti ilə ifa etdiyi mahnılar iştirakçılarda xoş ovqat yaratmışdır.
Tədbirdə həmçinin ümumtəhsil və uşaq musiqi məktəblərinin, uşaq bağçalarının kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər