Şriftin ölçüsü :

Saytın rəngi :

“Natiq Ritm” qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdir

13 may 2014 | 15:00

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibətilə mayın 10-da “Yay teatrı”nda“ "Natiq Ritm” qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdir.
    Axşam saatlarında keçirilən bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar iştirak etmişdir.
    Natiq Şirinovun rəhbərliyi ilə "Natiq Ritm” qrupunun üzvlərinin özlərinəməxsus ifası  tamaşaçıların böyük marağına səbəb olmuşdur. Təxminən iki saat davam edən konsert  iştirakçılar tərəfindən hərarətli alqışlarla müşayət olunmuşdur.

Keçidlər