Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilmiş “dəyirmi masa”da məşğulluq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır

17 may 2014 | 15:00

Mayın 15-də Şəki şəhər Məşğulluq Mərkəzində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları” barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Əlaqədar dövlət qurumlarının nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə dövlətin məşğulluq siyasətinin həyata keçirilməsində məşğulluq xidməti orqanları ilə yanaşı, işəgötürənlərin də üzərinə müəyyən öhdəliklər düşdüyü qeyd olunmuşdur. Belə ki, “Məşğulluq haqqında” Qanuna əsasən işəgötürənlər məşğulluğa dair statistik hesabat təqdim etməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəyyən olunmuş kvota yerlərinə həmin kateqoriyadan olan vətəndaşların işə götürülməsinə kömək göstərməlidirlər. Çıxış edənlər bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsinin vacibliyini xüsusi vurğulamışlar.
“Dəyirmi masa”da, həmçinin məşğulluq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.

Keçidlər