Şriftin ölçüsü :

Saytın rəngi :

Sinan Oğan: Humanitar Forum Azərbaycanın beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə keçirmək imkanını bir daha təsdiq etdi

09 oktyabr 2012 | 15:00

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmişik. Bu mötəbər toplantının əhəmiyyətini bir daha hiss etdik. Tədbirdə dünyanın 60-dan artıq ölkəsindən gəlmiş Nobel mükafatçıları, dövlət rəsmiləri, deputatlar, tanınmış elm xadimləri iştirak etmişlər. Bu forum bir daha Azərbaycanın beynəlxalq səviyyəli tədbirləri, yüksək səviyyədə keçirmək iqtidarına malik olduğunu sübut etdi və göstərdi ki, Bakı artıq Davos kimi iri beynəlxalq tədbirləri çox asanlıqla təşkil edir.
AzərTAc xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Türkiyə parlamentinin deputatı Sinan Oğan Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra jurnalistlərə verdiyi müsahibəsində demişdir.
S.Oğan bildirmişdir ki, başqa ölkələrdən gələnlər Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu zənn edirlər. Hesab edirlər ki, Azərbaycanın yalnız paytaxtı Bakı şəhəri inkişaf etmişdir. Bu, doğru deyildir. Dünən biz Qəbələdə olduq. Burada Azərbaycanın sənayesinin nə qədər inkişaf etdiyini gördük. Bu gün isə biz Şəkidəyik. Şəhərin tarixi yerləri ilə tanışlıqdan sonra biz Azərbaycan mədəniyyətinin sadəcə 20-30 illik, 50 illik mədəniyyət olmadığını gördük. Azərbaycanın mədəniyyət tarixinin qədimliyi və zənginliyinin bir daha şahidi olduq. Bu gün bizimlə bərabər bu abidələri ziyarət edənlərin hər biri öz ölkələrində, Azərbaycanın mədəniyyətini, inkişafını, iqtisadiyyatını geniş təbliğ edəcəklər. Bu baxımdan buraya gələn insanların hər biri artıq Azərbaycanın könüllü elçiləri olmuşdur.
 

Keçidlər