Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul etmişdir

01 iyun 2014 | 15:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Mayın 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şəki Olimpiya İdman Kompleksində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət və təkliflərini dinləmişdir. Qəbul zamanı vətəndaşlar əsasən, qadın və uşaq hüquqlarının müdafiəsi, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, boşanmalar, alimentlərin ödənilməsindəki çətinliklər, xəstə və əlil uşaqların müalicəsi, uşaqların övladlığa verilməsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi araşdırılaraq yerindəcə həll olunmuşdur. Komitənin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür. Bundan əlavə, qəbul zamanı psixoloji reabilitasiyaya ehtiyacı olan ailələr də qeydiyyata alınmışdır. Gələcəkdə belə ailələrə yardım ediləcəkdir.

Keçidlər