Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd edilmişdir

07 iyun 2014 | 15:00

İyunun 5-də Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayram günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə şəhər suvarma sistemləri, subartezian quyularının istismarı, Acınohur qış otlaqlarının və Əyriçay su anbarının istismarı, melioservis idarələrinin rəhbər işçiləri, əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Daha sonra keçirilən tədbirdə çıxış edənlər meliorasiya və su təsərrüfatı sahəsində ölkədə və Şəki şəhərində görülən işlərdən danışmış, bu sahədə çalışanları peşə bayramları münasibətilə təbrik etmişlər. Bildirilmişdir ki, melioratorların əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyev 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixinin melioratorların peşə bayramı kimi qeyd edilməsi barədə 2007-ci il mayın 24-də Sərəncam imzalamışdır. Bu il  may ayının 14-dən isə Prezident İlham Əliyevin Sərəncamına əsasən iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd edilir.
Tədbirin sonunda  işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin fəxri fərmanları verilmişdir.

Keçidlər