Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir
İyunun 5-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin – Şəkinin Böyük Dəhnə kənd sakinləri Novruz Rəsulovun və Türkanə Zərbəliyevanın nikah aktlarının imzalanması mərasimi olmuşdur.
İcra hakimiyyəti başçısının Böyük Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Yusifov ailə həyatı quran cütlüyə rayon rəhbərliyinin təbriklərini çatdırmış, onlara xoşbəxtlik arzulamışdır.
Yeni ailə quran gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi hər daim xatırlayacaqlarını bildirmişlər