Şəkidə keçirilən qanvermə aksiyasında 210 nəfər könüllü qan vermişdir
Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq iyunun 9-da B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Şəki regional bölməsində növbəti qanvermə aksiyası keçirilmişdir.
Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilən bu xeyirxah aksiya talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaq məqsədi daşıyır.
Aksiyada rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, o cümlədən rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri, müəllimlər, mədəniyyət işçiləri fəallıq göstərmişlər.
Ümumiyyətlə, gün ərzində davam edən aksiyada 210 nəfər könüllü qan vermişdir. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.