Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki sakinləri tezliklə keyfiyyətli zavod çörəyi ilə təmin olunacaqlar

10 iyun 2014 | 15:00

Şəki şəhərində müasir tələblərə cavab verən yeni çörək zavodunun tikintisi başa çatmaq üzrədir.
Şəhərdə müasir çörək zavodu olmadığından, hazırda çörək istehsalı primitiv avadanlıqları olan çörəkbişirmə sexlərində həyata keçirilir.
Şəhərdə müasir tələblərə cavab verən çörək zavodunun tikintisi üçün yerli sahibkarlar tərəfindən “Sünbül Çörək Zavodu” MMC yaradılmış, zavodun layihələndirmə işləri aparılmışdır. Tikintisinə ötən ilin sentyabrında başlanan zavodun gündəlik istehsal gücü 14 ton olacaqdır. Zavodun ümumi sahəsi 2340, istehsal sahəsi isə 1500 kvadratmetrdir. Müəssisədə iki çeşiddə çörək istehsal ediləcəkdir. Hazırda zavodda Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş avadanlıqlar quraşdırılır.
Zavodun tikintisinin iyulun sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.

Keçidlər