Milli Qurtuluş Günü Şəkidə silsilə tədbirlərlə qeyd olunmuşdur
Müasir tariximizin ən şanlı və parlaq səhifələrindən olan 15 İyun - Milli Qurtuluş Günü Şəkidə bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur.
Bu münasibətlə şəhərimizin idarə, müəssisə və təşkilatlarında keçirilən bütün tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən danışılmışdır. 1993-cü ildə ölkədə xaos və anarxiyanın hökm sürdüyü bir daha yada salınmış, bütün bunların xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldığı qeyd edilmişdir.
İyunun 12-də Şəki şəhərindəki “Yay teatrı”nda bayram konserti təşkil olunmuşdur. Şəki Musiqi Kolleci və şəhər 3 nömrəli uşaq musiqi məktəbi kollektivlərinin təqdim etdikləri rəngarəng konsert proqramı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
İyunun 15-də isə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər.