Şriftin ölçüsü :

Saytın rəngi :

Yuriy Popkov: Forum Azərbaycanın dünyaya daha yaxından təqdim olunmasında mühüm rol oynayacaqdır

09 oktyabr 2012 | 15:00

Mən ilk dəfə iki il bundan əvvəl Bakıda olmuşdum. Ötən müddətdə paytaxtınızda çox böyük dəyişikliklər baş vermişdir. Hiss olunur ki, Bakı, eləcə də bütün ölkə sürətlə inkişaf edir.
AzərTAc xəbər verir ki, bu fikirləri İkinci Bakı Humanitar Forumunun iştirakçısı, Rusiya Elmlər Akademiyası Sibir filialının Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə elmləri doktoru, professor Yuriy Popkov Şəkidə jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir.
Y.Popkov demişdir: “Azərbaycanda çox ciddi, düşünülmüş, sistemli daxili və xarici siyasət yürüdülür. Bakıda keçirilən Humanitar Foruma gəldikdə onu deyə bilərəm ki, Azərbaycan rəhbərliyi bu tədbiri keçirməklə çox böyük iş görmüşdür. Forum iştirakçılarının tərkibi həqiqətən də çox müxtəlif və heyrətamiz idi. Tədbir təşkilatçılıq baxımından da məni heyran etmişdir. Şübhəsiz ki, Bakı Humanitar Forumu Azərbaycanın dünyaya daha yaxından təqdim olunmasında mühüm rol oynayacaqdır”.
Y.Popkov Şəkiyə səfərindən də məmnun qaldığını, bu qədim şəhərlə tanışlığının onda xoş təəssürat yaratdığını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, Şəkidə qədimilik, tarixilik, milli dəyərlərə hörmət və müasirlik bir vəhdət təşkil edir.
 

Keçidlər