Şriftin ölçüsü :

Saytın rəngi :

Sancar Mülazimoğlu: Şəki Böyük İpək Yolunun ən önəmli mərkəzlərindən biridir

20 iyun 2014 | 15:00

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY-un əsas fəaliyyət sahələrindən birini - “TÜRKSOY - rəssamlar görüşü”nü gerçəkləşdirmək üçün Şəkiyə gəlmişik. Bu tədbir Azərbaycanda ilk dəfədir keçirilir və bizim üçün çox önəmlidir. Şəki, həqiqətən də, Böyük İpək Yolunun ən önəmli mərkəzlərindən biridir.
Bu sözləri TÜRKSOY-un təmsilçisi Sancar Mülazimoğlu qurumun təşkilatçılığı ilə Şəkidə keçirilən tədbirdə jurnalistlərə müsahibəsində bildirmişdir.
Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı ərəfəsində bu gözəl məkana gəlmələrindən məmnunluğunu bildirən TÜRKSOY-un təmsilçisi demişdir: “Qrupumuza bu təşkilata daxil olan, türk dilində danışan ölkələrdən 18 rəssam dəvət olunmuşdur. Onlar öz ölkələrində tanınmış rəssamlardır. Əminik ki, onlar Şəkinin gözəlliklərini, qədim tarixini öz əsərlərində əks etdirməyi bacaracaqlar. Bu yolda onlara uğurlar arzulayırıq. Şəkililəri isə festival günlərində keçiriləcək sərgilərə dəvət edirik”.

Keçidlər