Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə milli musiqi alətləri ifaçılarının II respublika müsabiqəsinin ilkin baxışı keçirilmişdir

22 iyun 2014 | 15:00

İyunun 20-də Şəki Musiqi Kollecində görkəmli tarzən Əhsən Dadaşovun anadan olmasının 90 illiyinə həsr olunan milli musiqi alətləri ifaçılarının II respublika müsabiqəsinin ilkin baxışı keçirilmişdir.
Azərbaycan Milli Konservatoriyası və “M Group Production”ın birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə tar, kamança, qanun, ud və milli nəfəs alətlərinin ifaçıları iştirak edirlər. İndiyədək Gəncə şəhəri və Ağdam rayonunda ilkin baxışlar keçirilmişdir.
Müsabiqənin Şəkidə keçirilən ilkin baxışında 32 ifaçı iştirak etmişdir. İştirakçılardan 10 nəfər, o cümlədən 5 tar, 2 kamança və 3 nəfər milli nəfəs aləti ifaçısı müsabiqənin birinci turuna vəsiqə qazanmışdır.
Müsabiqənin yekun turu bu ilin payızında Bakı şəhərində keçiriləcəkdir.

Keçidlər